Avq 17, 2017 20:09 Asia/Baku
  • İraq BMT-nin qətnamə qəbul etməsini istəyib
    İraq BMT-nin qətnamə qəbul etməsini istəyib

İraq BMT-dən istəyibdir ki, İŞİD terror qruplaşmasının cinayətləri barədə lazımi sənədlər toplaya bilməsi üçün bu ölkəyə kömək etsin.

İraqın xarici işlər naziri İbrahim Əlcəfərinin məktubunda deyilir: İŞİD-in mülkilərə qarşı işlədiyi cinayətlər, infrastrukturlara və tarixi məkanlara vurduğu xəsarətlər qeyri-insani cinayətlərdir və onların amilləri İraq qanunu əsasında ədalətin əlinə verilməlidir.

Əlcəfəri əlavə edib: BMT-nin təcrübəsindən istifadə üçün bu təşkilatdan yardım istəyirik və İraq və BMT bu istiqamətdə qətnamə layihəsi üzərində işləyirlər.

Teqlər