Avq 18, 2017 15:05 Asia/Baku
  • Qəzzədə təkfirçilərin həbsi üçün geniş əməliyyat başlanıb

Qəzzə zolağında təhlükəsizlik qüvvələri bölgədəki təkfirçi və radikal qrupların üzvlərini müəyyənləşdirmək və həbs etmək üçün geniş əməliyyata başlayıblar.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS bu gündən Qəzzə zolağının müxtəlif vilayətləri, xüsusilə də Rəfəh və Xan Yunus şəhərlərində təkfirçi və radikal qrupların üzvlərini həbs etmək üçün böyük əməliyyata başlayıb.

Ötən gecə bir təkfirçi terrorçu Misir sərhədi yaxınlığında Rəfəhdə yoxlama-keçid postunda üzərindəki partlayıcı qurğunu işə salmışdı. Nəticədə İzəddin Qəssam batalyonlarının komandanlarından Nəzal əl-Cəfəri şəhid olmuş və bir neçə nəfər yaralanmışdı.

HƏMAS-ıntəhlükəsizlik xidmətlərinin qüvvələri bu məsələyə reaksiyada Rəfəhin qərbində təkfirçilərin məkanına hücum edərək onlarla nəfəri həbs ediblər.

HƏMAS-ın təhlükəsizlik qüvvələri həmçinin Ceyşül-İslam adlı terror qruplaşması ünsürlərinin sığınacaqlarına hücum edərək onlara aid təlim mərkəzi, çoxlu miqdarda silah-sursatı aşkarlayıb və üzvlərini həbs ediblər.

İŞİD bir bəyanatda Rəfəhdəki terror aktının məsuliyyətini üzərinə götürüb.

Teqlər