Cəfəri Kürdüstanda referndumun keçirilməsi haqda xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280106-cəfəri_kürdüstanda_referndumun_keçirilməsi_haqda_xəbərdarlıq_etdi
İraq xarici işlər naziri ölkənin Kürdüstan bölgəsində referendumun keçirilməsinin regional və beynəlxalq vəziyyətə mənfi təsirləri haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2017 15:18 Asia/Baku
  • Cəfəri Kürdüstanda referndumun keçirilməsi haqda xəbərdarlıq etdi

İraq xarici işlər naziri ölkənin Kürdüstan bölgəsində referendumun keçirilməsinin regional və beynəlxalq vəziyyətə mənfi təsirləri haqda xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, İraq xarici işlər naziri İbrahim Cəfəri cümə günü Bağdadda kürd müzakirəçi heyəti ilə görüşdə deyib: Referendum İraq Kürdüstanının mənafeyinə mənfi və ziyanlı nəticələr verə bilər. 

Onun sözlərinə görə, bu məsələ sadəcə İraqla məhdudlaşmır və bütün regionu onun təsiri bürüyəcək. Addımlar və tələblər İraq konstitusiyasına əsasən olmalı və Bağdad və Kürdüstan bölgəsi arasında müzakirə ilə problemlə həll edilməlidir.