Qərbi Qələmunun təmizlənilməsi əməliyyatına başlanılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280188-qərbi_qələmunun_təmizlənilməsi_əməliyyatına_başlanılıb
Suriya ordusu və Livanın islami müqavimət hərəkatı qərbi Qələmunun terrorçu İŞİD qüvvələrindən təmizlənilməsi üçün müştərək əməliyyata start veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2017 14:27 Asia/Baku
  • Qərbi Qələmunun təmizlənilməsi əməliyyatına başlanılıb
    Qərbi Qələmunun təmizlənilməsi əməliyyatına başlanılıb

Suriya ordusu və Livanın islami müqavimət hərəkatı qərbi Qələmunun terrorçu İŞİD qüvvələrindən təmizlənilməsi üçün müştərək əməliyyata start veriblər.

İRNA-nın verdiyi məlumata görə, Suriya ordusu və Livanın İslami müqavimət hərəkatı bu gün bu əməliyyatın ilk etapında Suriya ərazisində yerləşən qərbi Qələmun hündürlüklərinə şimal, şərq və cənub istiqamətlərdən hücuma keçərək Vadi Məsud, Vadi Əbu-Xəzir bölgələri və Əccəracir hündürlüklərini öz nəzarətlərinə alıblar. 

Dünən də Suriya ordusunun bölmələri və Livanın müqavimət qüvvələri İŞİD terrorçuları ilə mübarizənin davamında qərbi Qələmunda Vadi Əddüb, Əl-Həşişat, Şöbə Yunis və Əlməhbəsül-Ola təpələri, Qarə və Əcəracir hündürlüklərinə nəzarəti təmin etmişdilər. 

Eyni zamanda Livan ordusunun raket və artileriya bölməsi eləcə də vertolyotları bu gün səhərdən İŞİD terrorçularının Əl-Qa və Cərud Rəs Bəəlbək bölgələrindəki mövqelərini atəşə tutublar.