Səudiyyənin Yəmənə hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280268-səudiyyənin_yəmənə_hava_hücumları_davam_edir
Yəmənin Həccə vilayətində Midi qəsəbəsi Səudiyyə Ərəbistanı hərbi təyyarələri tərəfindən iki dəfə hədəfə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2017 04:44 Asia/Baku
  • Səudiyyənin Yəmənə hava hücumları davam edir
    Səudiyyənin Yəmənə hava hücumları davam edir

Yəmənin Həccə vilayətində Midi qəsəbəsi Səudiyyə Ərəbistanı hərbi təyyarələri tərəfindən iki dəfə hədəfə alınıb.

Əl-Məsirə telekanalı bildirib: Səudiiyyənin bombardımançı təyyarələri dünən Yəmənin Həccə vilayətinin Midi qəsəbəsini iki dəfə hədəfə alıblar. Bu hücumlarda qəsəbənin yaşayış məntəqələri və infrastrukturu ziyan görüb. 

Bu təcavüzə cavab olaraq Yəmən ordusu və xalq komitələri Səudiyyə Ərəbistanının cənubunda Cizanda Əl-Musəm adlanan bölgənin girişində Səudiyyə hərbçilərinin toplaşdıqları məkanı hədəfə alıblar. Bu hücumda təcavüzkar qüvvələr ziyanlara məruz qalıblar. 

Yəmənli qüvvlər həmçinin bu ölkənin cənubunda Əl-Vazeiyyə bölgəsində Cəbəl Rasan ərazisində onlarla Səudiyyə muzdlusunu məhv edib yaxud yaralayıblar. 

3 Səudiyyə muzdlusu da Midi səhrasının şimalında yəmənli snayperlər tərəfindən öldürülüb. Onların bu ərazidə toplaşdıqları məkanlar arteleriya atəşi ilə hədəfə alınıb.