Avq 20, 2017 13:11 Asia/Baku
  • Əl-İbadi Tələfərin azad edilməsi əməliyyatına əmr verib
    Əl-İbadi Tələfərin azad edilməsi əməliyyatına əmr verib

İraqın baş naziri və silahlı qüvvələrin baş komandanı bu gün səhər Mosulun qərbindən 50 km aralıda yerləşən Tələfər şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsi üçün əmr verib.

İRNA-nın verdiyi məlumata görə, Heydər Əl-İbadi bu gün səhər bir bəyanat yayaraq türkmən sakinli Tələfər şəhərinin azad edilməsi məqsədi ilə təkfirçi-terrorçu İŞİD qrupuna qarşı əməliyyatın başlanmasını elan edib və deyib: Tələfərə hücum bir neçə istiqamətdən başlanıb və döyüş İŞİD-in İraqda tam məğlub edilməsinədək davam etdiriləcək. 

İraqın baş naziri və silahlı qüvvələrinin komandanı öz bəyanatında Tələfər əməliyyatında iştirak edən iraqlı qüvvələrə xitabən deyib ki, hamı sizin terrorçulara qələbənizi gözləyir. 

Əl-İbadinin dediyinə görə, bu əməliyyatda İraq ordusu, Həşdüşşəbi, Federal Polis və terrorizm ilə mübarizə qüvvələri iştirak edir. 

Teqlər