Ərəbistan və BƏƏ-nin Yəməndə Əlqaidə-ni himayə etmələri ifşa olunub
-
Ərəbistan və BƏƏ-nin Yəməndə Əlqaidə-ni himayə etmələri ifşa olunub
Qətərin ifşa etdiyi sənədlər göstərir ki, Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri Yəməndə İŞİD və Əlqaidə terrorçularına dəstək verirlər.
Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərində böhrana düçar olmuş Qətərin Əlcəzirə telekanalı BMT-nin sanksiya komitəsi ekspertlərinin həmin iki ölkənin əleyhinə olan yeni bir sənədini yayıbdır ki, Ərriyad ilə Əbu-Dəbinin Yəmənin cənubunda Əlqaidə kimi təkfirçi qrupları maliyyə cəhətdən himayə etmələrindən xəbər verir.
Bu sənədə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin birbaşa maliyyə dəstəyinə malik olan Əbu Abbas Yəməndə, konkret olaraq, Ədən şəhərində Əlqaidə terror qrupunun ünsürlərinə özlərinin bu şəhərdəki mövqelərini gücləndirmək icazəsi veribdir.
Həmçinin Qətərin Vaşinqtondakı səfirliyi 2016-cı ilin oktyabrında Qətərin xarici işlər naziri Muhəmməd bin Əbdurrəhman Ali-Saniyə diplomatik sənədlər təqdim edibdir. Bu sənədlər göstərir ki, Ərəbistanın vəliəhdi Muhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Muhəmməd bin Zaid Ali-Nəhyan Əlqaidə və İŞİD terrorçularının bəzi başçılarını himayə edirlər.