B.Əsəd: Qərblilərin planını məğlubiyyətə uğratdıq
Suriya prezidenti deyib: Bu ölkə terrorizmlə savaşda ağır xərc çəkmiş olsa da Qərb ölkələrinin fitnələrini məğlubiyyətə uğradıbdır.
IRNA-nın məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd bu gün bu ölkənin xarici işlər nazirliyinin konfransında düşmənlərin Suriyada müharibə salmaq üzrə hədəflərinə işarə edərək, əlavə edib: Suriyaya yiyələnmək Yaxın Şərqə yiyələnmək deməkdir və hər kəs Yaxın Şərqə yiyələnərsə, beynəlxalq səhnədə təsiredici olacaqdır.
Bəşşar Əsəd terrorizmə qarşı savaşda İran İslam Respublikasının yardımları və İslam İnqilabının Böyük Rəhbərinin lütfkarlıqlarına görə təşəkkür edərək, deyib: İran daim Suriyaya iqtisadi, hərbi və siyasi yardımlar göstəribdir.
Suriya prezidenti bildirib ki, müqavimətin xərci təslim olmaq xərcindən azdır. O, sonra deyib: Rusiya, İran və Livan Hizbullahı Suriyanın müqavimətində böyük paya malikdirlər və onlar meydan irəliləyişlərini asanlaşdırıblar.