Türkiyə prezidenti İordaniyaya səfər edib
Türkiyə prezidenti İordaniya rəsmiləri ilə görüş məqsədilə bu ölkənin paytaxtı Əmmana rəsmi səfərə çıxıb.
Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu səfərdə İordaniya kralı 2-ci Abdullah ilə görüşməli və onunla iki ölkə və region məsələləri barədə danışıqlar aparmalıdır. Bu səfər dörd ildən sonra ilk dəfə olaraq prezident səviyyəsində keçirilir.
Ərdoğan İordaniyaya səfərdən öncə Ankarada keçirdiyi mətbuat konfransında müsəlmanların Qüds məsələsində həmrəyliyi vacibliyini vurğulayıb və İordaniyanın Beytulmuqəddəsdəki müqəddəs məkanlar ilə bağlı rolunu mühüm adlandırıbdır.
Ərdoğan həmçinin İordaniya dövləti tərəfindən bu ölkədə Gülən qrupuna aid məktəbin bağlanmasına işarə edərək, bildirib ki, bu səfərdə Əmman başçılarının Gülən qrupu ilə mübarizədəki səylərinə görə təşəkkür edəcək. Türkiyə dövləti Gülən qrupunu ötən il bu ölkədə baş vermiş uğursuz çevrilişin əsas səbəbkarı hesab edir.