Avq 22, 2017 10:14 Asia/Baku
  • Tələfərin azad olunması İraqda İŞİD-in sonu mənasındadır
    Tələfərin azad olunması İraqda İŞİD-in sonu mənasındadır

İraqın Xalq Səfərbər Qüvvələri Həşdüş-Şəəbinin komandanlarından biri bildirib: Tələfərin azad olunması Suriya sərhədlərinə çatmaq və İŞİD terror qruplaşmasının İraqdakı iştirakına son qoymaq mənasındadır.

İRİB-in məlumatına görə, İraq Xalq Səfərbər Qüvvələri komandanlarından biri Əbu Ər-Rza əl-Nəccar Tələfərin İŞİD terrorçularının işğalından azad olunmasını yeni mərhələnin başlanğıcı və bu bölgədə tam təhlükəsizliyin bərpa olunması adlandırıb və deyib: Bu strateji əməliyyat Neynəvanın azad olunması əməliyyatının təkmilləşməsində əhəmiyyətlidir. 

Neynəva vilayətinin qərbində Tələfər şəhərinin İŞİD terrorçularının işğalından azad olunması əməliyyatı 20 avqustda başlanıb və iki gün ərzində bu şəhərin ətrafında terrorçuların müdafiə xətləri və istehkamları məhv edilib. 

Başqa bir məlumata görə, İraq Milli Koalisiyasının rəhbəri Əmmar Həkim bazar ertəsi günü İraq köçəriləri şeyxlərindən Abdulla əl-Yavərlə görüşdə ictimai sülhün genişləndirilməsi sahəsində köçərilərin dəstəklədiyi mərkəz və müəssisələrin rolunun əhəmiyyətini qeyd edərək, terrorçularla mübarizə prosesində köçərilərin rolunu alqışlayıb. 

İraq Milli Koalisiyası rəhbəri həmçinin bu ölkədə hazırkı çətin şəraitdən keçmək üçün bütün qrupların birləşməsinin vacibliyini qeyd edib və deyib: Xarici zəmanətlərin İraqa faydası yoxdur və sadəcə birlik bu ölkədə istənilən saziş üçün əsas zəmanət ola bilər. 

Teqlər