Səudiyyə Ərəbistanı Yəmənə qarşı 15 hava hücumu həyata keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280486-səudiyyə_Ərəbistanı_yəmənə_qarşı_15_hava_hücumu_həyata_keçirib
Səudiyyə Ərəbistanının hərbi təyyarələri Yəmənin şimal qərbində yerləşən Həccə vilayətinin Hərəz və Midi bölgələrinə qarşı 15 əməliyyat həyata keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2017 12:22 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Yəmənə qarşı 15 hava hücumu həyata keçirib
    Səudiyyə Ərəbistanı Yəmənə qarşı 15 hava hücumu həyata keçirib

Səudiyyə Ərəbistanının hərbi təyyarələri Yəmənin şimal qərbində yerləşən Həccə vilayətinin Hərəz və Midi bölgələrinə qarşı 15 əməliyyat həyata keçiriblər.

Əl-Aləm telekanalının bu gün verdiyi məlumata görə, yəmənli qaynaqlar bildiriblər ki, təcavüzkar Səudiyyə təyyarələrinin Hərəz və Midi bölgələrinə qarşı hücumlarında bir sıra mülki ölüb və yaralanıb. 

Yəmənli qaynaqlar bildiriblər ki, Səudiyyə qırıcıları dünən də Kətafda yerləşən Əl-Ətfin bölgəsini 4 dəfə, Sədə vilayətindəki Əl-Səban bölgəsini isə 6 dəfə bombalayıblar. 

Eyni zamanda Yəmən ordusu və xalq komitələri təcavüzkarlara cavab olaraq Səudiyyə muzdlularının Məarib vilayətinin Səravəh bölgəsindəki möqelərini qəfildən hücuma keçərək dağıdıblar və onlara ağır ziyanlar vurublar. 

Bu məlumata görə, yəmənli qüvvələrin Təppəl-Mətar bölgəsinə qarşı  xüsusi əməliyyatında çoxlu sayda Səudiyyə muzdlusu ölüb və yaralanıb və bu əməliyyatda bir neçə muzdlu da əsir götürülüb. 

Yəməndə bəzi mənbələr də Əl-Məsirə telekanalına verdikləri məlumatda Səudiyyə muzdlularının Əssəfra bölgəsindəki mövqelərinə qarşı hücumda bir ədəd zirehli maşının məhv edilməsindən xəbər veriblər. 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə qarşı hərbi hücuma başlayıb və eyni zamanda bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Səudiyyə rejiminin məqsədi istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdır. 

Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibəsi nəticəsində 12 mindən çox yəmənli ölüb, on minlərlə adam yaralanıb və milyonlarla yəmənli didərgin həyatı yaşayır.