Yəmən xalqı səud təcavüzkarları ilə döyüşlərin davam etdiriləcəyini vurğulayıb
-
Yəmən xalqı səud təcavüzkarları ilə döyüşlərin davam etdiriləcəyini vurğulayıb
Yəmən xalqından milyonluq toplu paytaxt Səna şəhərinin müxtəlif məntəqələrinə toplaşaraq, söz birliyinə təkid edib və səud təcavüzkarları ilə döyüşlərin davam etdiriləcəyini vurğulayıbdır. Onlar həmçinin müxtəlif cəbhələrdə vuruşan yəmənli mübarizlərə dəstək veriblər.
Yəmən xalqından milyonlarla nəfər dünən Səna meydanına toplaşaraq, Ərəbistanın Yəməndəki cinayətlərini pisləyib və səud təcavüzkarları qarşısında söz birliyinə təkid edib.
Yəmən xalqı bu ölkənin müxtəlif məntəqələrindən paytaxta gəlibdir ki, bu şəhərin küçə və meydanlarına toplaşaraq, Amerikanın və Ərəbistanın regiondakı siyasətlərinə etiraz etsin. Belə bir halda Ərəbistanın başçılıq etdiyi üzdəniraq ərəb koalisiyasının qırıcıları onların başları üzərində uçurmuşlar.
Yəməndə Ənsarullah hərəkatının Siyasi Şurasının üzvü Seyfullah Əlşami Sənada Əlaləm telekanalının müxbirinə belə deyib: Səud təcavüzkarları qarşısında Yəmən xalqının milyonluq aksiyasının mesajı, savaşın şiddətləndirilməsi qarşısında savaşın şiddətləndirilməsidir.