Səud rejiminin Yəmənə hücumları barədə beynəlxalq təhqiqat istənilib
Avq 25, 2017 17:05 Asia/Baku
BMT-nin İnsan Haqları Mərkəzi Ərəbistan rejiminin Yəmənə qarşı hava hücumları barədə müstəqil beynəlxalq təhqiqatın aparılmasını istəyib.
BMT-nin İnsan Haqları Mərkəzinin sözçüsü Liz Trussel bu gün deyib ki, Ərəbistanın Yəmənə qarşı hava hücumları barədə müstəqil təhqiqat aparılmalıdır.
Bu məlumata görə, ötən günlərdə Ərəbistanın Yəmənin paytaxtı Sənada yerləşən bir mehmanxanaya qarşı hava hücumunda bir neçə mülki daxil olmaqla azı otuz nəfər həlak olub.
BMT-nin İnsan Haqları Mərkəzinin sözçüsü Ərəbistandan beynəlxalq humanizm qanunlarına riayət etməsini istəyib.