Avq 25, 2017 17:25 Asia/Baku
  • Fələstinlilər Trampın müşavirinin işğal olunmuş ərazilərə səfərinə etiraz ediblər
    Fələstinlilər Trampın müşavirinin işğal olunmuş ərazilərə səfərinə etiraz ediblər

İordan çayının qərb sahilinin sakinləri olan fələstinlilər Amerika prezidenti Donald Trampın kürəkəni və müşavirinin işğal olunmuş Fələstin ərazilərinə və İordan çayının qərb sahilində yerləşən Ramullah şəhərinə səfər etməsinə etiraz ediblər.

İordan çayının qərb sahilinin sakini olan yüzlərlə fələstinli Trampın kürəkəni və müşaviri Cared Kuşnerin işğal olunmuş ərazilərə və Ramullaha səfər etməsini pisləyibdir.

Fələstinli aksiyaçıların əllərində tutduqları plakatların üzərində belə yazılıbmış: Amerika Qəzzənin qanunsuz mühasirəsini, qanunsuz tikintilərin genişləndirilməsini, dağıntıya göstərişi və kütləvi cəzaları himayə etməyi dayandırmalıdır.

Ağ Ev-in nümayəndəsi kimi işğal olunmuş ərazilərə səfər etmiş Cared Kuşner dünən axşamçağı sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisində onunla görüşübdür.

 

Teqlər