Taliblər Kabildəki şiə məscidinə hücumu rədd ediblər
Avq 25, 2017 18:56 Asia/Baku
-
Taliblər Kabildəki şiə məscidinə hücumu rədd ediblər
Taliban-ın sözçüsü şiələrin Kabilin Xeyrxanə məntəqəsində yerləşən İmam Zaman(əc) məscidinə qarşı hücumu rədd edib və onu pisləyibdir.
Taliban-ın sözçüsü Zəbihullah Mocahed AVA xəbər agentliyinin müxbirinə deyib: Kabildə yerləşən şiə məscidinə hücumun Taliban qrupu ilə əlaqəsi yoxdur və bu, fitnəkarların və təfriqə salanların işidir.
Bu gün dörd yaraqlı şəxs Kabilin Xeyrxanə məntəqəsində yerləşən İmam Zaman(əc) məscidinə qarşı partlayış hücumu keçirəndən və namazqılanları atəşə tutandan sonra Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə toqquşublar.
Bu terror hücumunun şəhidlərinin sayı barədə ziddiyyətli statistikalar yayılıbdır.