Nablosda 8 yaşlı fələstinli qız şəhid oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280812-nablosda_8_yaşlı_fələstinli_qız_şəhid_oldu
İordan çayının qərb sahilinin şimalında Nablos şəhərində bir sionist qəsəbə sakini qəsdən fələstinli uşağı avtomobili ilə vurub və şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2017 15:20 Asia/Baku
  • Nablosda 8 yaşlı fələstinli qız şəhid oldu
    Nablosda 8 yaşlı fələstinli qız şəhid oldu

İordan çayının qərb sahilinin şimalında Nablos şəhərində bir sionist qəsəbə sakini qəsdən fələstinli uşağı avtomobili ilə vurub və şəhid olub.

Fars Xəbər Agentliyinin məlumatına görə, şənbə günü İordan çayının qərb sahilinin şimalında, Şimali Əğvarda əl-Həmra keçidi yaxınlığında bir sionist qəsəbə sakini 8 yaşlı fələstinli qız Əsil Tariq Əbu Ounu avtomobili ilə vurub. 

Fələstin İnformasiya Nazirliyinin bildirdiyinə görə, 2000-ci ilin əvvəlindən indiyə qədər 27 min fələstinli uşaq sionist rejimin hücumlarının qurbanı olub. 

Fələstin İnformasiya Nazirliyi əlavə edib: Sionist hərbçilər 2000-ci ildə Qüds İntifazəsi başlandığı zamandan indiyə qədər 3 mindən çox fələstinli uşağı şəhid ediblər. 

Sionist rejimin fələstinlilər, o cümlədən uşaqlara qarşı cinayətlərinin artması, bu rejimin islam obyektlərinə təcavüzü və əl-Əqsa məscidinin zaman və məkana bölünməsinə çalışması, 2015-ci il oktyabr ayında Qüds İntifazəsinin başlaması ilə nəticələndi. Qüds İntifazəsi dövründə 350 mindən çox fələstinli şəhid olub.