Yəmənin cənubundakı yaşayış massivləri səud qırıcılarının hücumlarına məruz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280850-yəmənin_cənubundakı_yaşayış_massivləri_səud_qırıcılarının_hücumlarına_məruz_qalıb
Təcavüzkar ölkələrin qırıcıları Ərəbistanın göstərişi ilə dünən axşam Təiz vilayətinin bəzi hissələrini hücumlara məruz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2017 04:18 Asia/Baku
  • Yəmənin cənubundakı yaşayış massivləri səud qırıcılarının hücumlarına məruz qalıb
    Yəmənin cənubundakı yaşayış massivləri səud qırıcılarının hücumlarına məruz qalıb

Təcavüzkar ölkələrin qırıcıları Ərəbistanın göstərişi ilə dünən axşam Təiz vilayətinin bəzi hissələrini hücumlara məruz qoyublar.

Bu hücumlarda həmin məntəqənin yaşayış massivlərinə və infrastruktur təsisatlarına xəsarətlər dəyib, amma tələfat barədə bir məlumat əldə olunmayıbdır.

Ərəbistanın və onunla müttəfiq olan ölkələrin qırıcıları şənbə günü dörd dəfə Təiz vilayətində yerləşən Əlməxa rayonunun bəzi hissələrini öz hücumlarına məruz qoyublar.

Digər tərəfdən, səud-amerikan təcavüzkar təyyarələri Həccə vilayətində yerləşən Hirz rayonunu hədəfə alıblar.

Bu hücumlarla bir zamanda cümə günü səud-amerikan təcavüzkar təyyarələrinin Yəmənin paytaxtında yerləşən Fəc məntəqəsinə qarşı hücumunda şəhid olanlardan yeddi nəfərin cəsədi dəfn olunub. Şəhid olanların hamısı bir ailədən olub və onların arasında qadın və uşaqlar da nəzərə çarpıbdır. 

Dəfn mərasiminin iştirakçıları bu cinayəti pisləyərək, vurğulayıblar ki, Yəmən xalqına qarşı törədilmiş həmin cinayətləri cavabsız qoymayacaqlar. 

Belə bir halda elan olunubdur ki, Yəmənin ordu və xalq qüvvələrinin Əsir məntəqəsində yerləşən "Ələləb" sərhəd keçidinin yaxınlığında səudların bir hərbi mövqeyinə, eləcə də Nəcran vilayətində yerləşən Nəhuqə məntəqəsindəki hərbi mövqelərinə qarşı gülləbaranı zamanı bir qrup səud hərbçisi məhv edilib.