Əfqanıstanda onlarla terrorçu məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280886-Əfqanıstanda_onlarla_terrorçu_məhv_edilib
İnformasiya qaynaqları Əfqanıstanın müxtəlif məntəqələrində onlarla terrorçu və talibin öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2017 10:21 Asia/Baku
  • Əfqanıstanda onlarla terrorçu məhv edilib
    Əfqanıstanda onlarla terrorçu məhv edilib

İnformasiya qaynaqları Əfqanıstanın müxtəlif məntəqələrində onlarla terrorçu və talibin öldürülməsindən xəbər veriblər.

Əfqanıstanın xüsusi təyinatlı qüvvələrinin komandanlığı bir bəyanat yayaraq, bildirib ki, əfqan qüvvələr dünən gecə Nəngərhar vilayətinin "Ləəl Pur" rayonunda Əlqaidə terror qrupunun amillərindən birini həbs etmək üçün bir əməliyyata başlayıblar; nəticədə bu təkfirçi qrupun altı üzvü, o sıradan təqib edilən şəxs öldürülübdür.

Bu əməliyyatda İŞİD terror qrupunun dörd üzvü də həbs olunub və əfqan təhlükəsizlik qüvvələri müəyyən miqdarda radio və rabitə təchizatı, silah və sursat aşkarlayaraq, müsadirə ediblər.