Avq 28, 2017 09:05 Asia/Baku
  • Riqqədə 800 İŞİD terrorçusu öldürülüb
    Riqqədə 800 İŞİD terrorçusu öldürülüb

Suriya ordusu Rusiyanın hava qüvvələrinin himayəsi ilə ölkənin şimalında Riqqə vilayətinin şərq ətrafında 800 İŞİD terrorçusunu öldürüb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bir bəyanat yayaraq bildirib: Suriya qüvvələri dünən Riqqədə 800-dən çox İŞİD terrorçusunu öldürüblər və terrorçuların 60 tank və zirehli avtomobili eləcə də minolyot aparatını məhv ediblər. 

Məlumatlara görə terrorçular Riqqənin şərqində Ğanim kəndinin yaxınlığına toplaşıblar. 

Həmçinin Suriya qüvvələrinin Hüms və Riqqədəki uğurlarındn sonra Suriya ordusunun baş qərargahı Deyrəzzurun azad edilməsi üçün çağırış edib. Deyrəzzur vilayəti Suriyanın şərqində yerləşir və hələ də İŞİD-in ən əsas bazası hesab olunur. 

Suriyadan əldə olunan başqa məlumata görə, Suriyadakı silahlı qruplar İdlib vilayətində atəşkəs elan edilməsinə rəğmən Suriya ordusunun Homah vilayətinin şimalındakı mövqelərini raketlə hədəfə alıb. 

Suriyanın silahlı müxalifəti elə bir şəraitdə ordu qüvvələrinin mövqelərini hədəfə alır ki, Hümahın şimal hissəsi və İdlib vilayəti çaxnaşmasız bölgələr kimi elan edilib. 

Teqlər