Avq 28, 2017 21:04 Asia/Baku
  • 
İraqın müştərək əməliyyat sözçüsü Tələfərə tam nəzarəti təsdiq edib
    İraqın müştərək əməliyyat sözçüsü Tələfərə tam nəzarəti təsdiq edib

İraqın müştərək əməliyyat qərargahının sözçüsü Yəhya Əzzübeydi bu ölkənin silahlı qüvvələrinin Təlləfəri tam nəzarətə aldıqlarını bildirib.

İRİB-in verdiyi məlumata görə, Yəhya Əzzübeydi bu gün Əl-Hədəs telekanalına verdiyi müsahibədə Tələfər şəhərinin tam azad edilməsini təsdiqləyərək deyib: 29 məhəllədən ibarət olan Tələfər şəhəri tamamiylə azad edilib və iraqlı qüvvələr sonuncu məhəllə olan Əl-Məhləbiyyəni də azad ediblər. 

Əzzübeydi deyib: Əl-Əyaziyyə bölgəsi İraq ordusunun 15 və 16-cı diviziyalarının tam mühasirəsindədir və İraqın hərbi təyyarələri bu bölgədə İŞİD terrorçularını dəqiq şəkildə hədəfə alırlar. 

Mosul əməliyyatından sonra Tələfər qələbəsi İraq dövləti, xalqı və müqavimət məhvəri üçün böyük əhəmiyyətə malikdir. 

Neynəva vilayətinin qərbində yerləşən Tələfər şəhərinin azad edilməsi əməliyyatı cari miladi ili avqustun 20-də başlandı və artıq bu şəhər İŞİD terrorçularından tamamiylə təmizlənib. 

Teqlər