Livanın şərqi İŞİD-in işğalından azad edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281024-livanın_şərqi_İŞİd_in_işğalından_azad_edildi
Livanın şərq əraziləri işğalçıların nəzarətindən çıxarılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2017 05:24 Asia/Baku
  • Livanın şərqi İŞİD-in işğalından azad edildi
    Livanın şərqi İŞİD-in işğalından azad edildi

Livanın şərq əraziləri işğalçıların nəzarətindən çıxarılıb.

İŞİD terrorçularını daşıyan sonuncu avtobus dünən Livanın "Rəs Bəəlbək" yüksəkliklərini tərk edib. 

İŞİD terror qruplaşması bazar günü səhər mühasirə halqasının daralması və Livan Hizbullahı ilə ordu qüvvələrinin hücumlarının artmasının ardınca atəşkəs ilə razılaşaraq, müqavimət qüvvələrinə təslim olmuşdular. 

Bu atəşkəsə əsasən terrorçular Suriyanın şərqində yerləşən Deyrəzzura köçürüləcəklər. 

Dünən həmçinin, Suriya ordusu və müqavimət qüvvələri Qərbi Qələmun məntəqəsini də İŞİD terrorçularından təmizləməyə nail olub.