Qəzzə kinoteatrı 30 ildən sonra yenidən açıldı
Qəzzə kinoteatrı 30 illik fasilədən sonra, yüzlərlə fələstinlinin iştirakı ilə yenidən fəaliyyətə başlayıb.
İRNA-nın məlumatına görə, Londonda çıxan Qardiyan qəzeti yazır: Bazar ertəsi günü Qəzzə şəhərinin ən qədim kinoteatrı olan "Samir" kinoteatrında İsrail zindanlarında fələstinlilərin həyatından bəhs edən bir film ekran edilib.
Bu məlumata görə, 300 qadın və kişi havanın isti olmasına baxmayaraq, kinoteatrda bir araya gəlib.
Mərasimin təşkilatçılarından olan Ğadə Səlma deyir: Samir kinoteatrında yenidən film ekran edilməsi Qəzzədə kino təfəkkürünün yenidən bərpa edilməsi istiqamətində atılmış bir addımdır.
Qəzzəyə qarşı ağır blokadanın tətbiq edilməsi, bu məntəqənin mühasirədə saxlanılması və təcavüzlərə məruz qalması Samir kinoteatrının bağlanmasına səbəb olmuşdu.
Qəzzə artıq 10 ildən çoxdur ki, İsrail rejiminin mühasirəsindədir.