Seyid Həsən Nəsrullah: Bu gün Livan və region üçün tarixi gündür
-
Seyid Həsən Nəsrullah: Bu gün Livan və region üçün tarixi gündür
Livan Hizbullahının baş katibi Livanın şərq hissəsinin terrorçulardan təmizlənməsi münasibəti ilə etdiyi çıxışında deyib: Bu gün Livan və Yaxın Şərq üçün tarixi bir gündür.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah bazar ertəsi günü axşam Livan ordusu və müqavimətinin ölkənin şərqində terrorçulara qarşı birgə əməliyyatını şərh edərək, deyib: Bu əməliyyatın icra edilməsi ilə məntəqə tam şəkildə terrorçulardan təmizlənmiş oldu. Bu isə Livan xalqı və region üçün böyük bir qələbə sayılır.
Livan Hizbullahının baş katibi İŞİD terrorçularının Müqavimətin şərtlərini qəbul etdiklərinə işarə edərək, deyib: Livanın Crud məntəqəsindən Suriyanın Bukəmal məntəqəsinə yer dəyişdirməli olan terrorçuların sayı 670 nəfərdir.
Seyid Həsən Nəsrullah əlavə edib: Terrorçular Livandan çıxmaq üçün 3 şəhidimizin cənazəsini və bir müqavimət əsirini təhvil verməlidirlər.
O, daha sonra deyib: Buna baxmayaraq, bəziləri Müqavimətin qələbəsini təxrib etməyə çalışır və terrorçuların məhv edilməli olduğunu ortaya ataraq, İŞİD ilə müzakirələri sual altına aparırlar.
Seyid Həsən Nəsrullah əlavə edib: Hizbullah İŞİD terrorçuları ilə müzakirə etmək üçün kiməsə bac verməyib və Hizbullahı bac verməkdə ittiham edənlər, Livanın sabitliyi və inkişafı ilə düşmən olanlardırlar.
Livan mənbələrinin verdikləri məlumatlara görə, İŞİD terrorçularının sonuncu dəstəsini daşıyan avtobus bazar ertəsi günü Livanın Rəs Bəəlbək yüksəkliklərini tərk edib.
İŞİD terror qruplaşması bazar ertəsi günü səhər mühasirə halqasının daralması ilə atəşkəs razılaşmasını qəbul edərək, müqavimət qüvvələrinə təslim olmuşdular.