Terrorçular Suriya sərhədlərini tərk ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281106-terrorçular_suriya_sərhədlərini_tərk_ediblər
Təkfirçi sionist İŞİD qrupunun Suriya sərhədlərindən çıxarılmasının ardınca Livan ordusu bu gün Əl-Qələmun dağlarında yerləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2017 15:49 Asia/Baku
  • Terrorçular Suriya sərhədlərini tərk ediblər
    Terrorçular Suriya sərhədlərini tərk ediblər

Təkfirçi sionist İŞİD qrupunun Suriya sərhədlərindən çıxarılmasının ardınca Livan ordusu bu gün Əl-Qələmun dağlarında yerləşib.

İRİB-in verdiyi məlumata görə, terrorçu İŞİD qrupunun üzvləri ailələri ilə birlikdə atəşkəs razılaşması əsasında dünən Suriya sərhəddində yerləşən qərbi Əl-Qələmun bölgəsini boşaldıblar və hələ də İŞİD-in işğalında olan Suriyanın şərqindəki Deyrəzzur bölgəsinə köçüblər. Beləliklə Suriya ilə Livan sərhədlərində bir daha Suriya bayraqları ucaldılıb.