İranlı sərhədsiz həkimlər Livanda fələstinli didərginlər düşərgəsində
İranlı sərhədsiz həkimlər Livanda fələstinli didərginlər düşərgəsində olaraq, uzun illərdir ki, işğalçılıqdan əziyyət çəkən xalqın ağrı və acılarını azaltmağa, dərdinə mərhəm olmağa çalışırlar.
İranlı həkimlər öz bacarıqlarını fələstinli xəstələrin sağlamlığına həsr ediblər. Bu dəfə iranlı sərhədsiz həkimlər Livanda olaraq, sionist rejimin cinayətləri nəticəsində öz evlərindən didərgin düşmüş fələstinlilərin məskunlaşdıqları düşərgədə qayğıya ehtiyac duyan insanlara öz şəfəqətli əllərini uzadıblar.
İranlı müsəlman sərhədsiz həkimlər fələstinli didərginlərə səhiyyə xidtmələri göstərmək üçün Livana, fələstinli didərginlər düşərgəsinə üz tutublar. Uzun illərdir ki, öz yaşayış yerindən didərgin düşmüş minlərlə fələstinli ağır və çətin bir həyatı təcrübə etməkdədir. Onların əsas qayğılarından biri isə müalicə xərclərinin yüksək olmasıdır.
Fələstinli bir qadın bu barədə deyir: "Bizim xəstələrimiz ölüm yatağında olsa belə, xəstəxanalarda onlara əhəmiyyət verən olmur."
Amma, iranlı müsəlman həkimlər bura gələrək, onların dərdinə dərman olmağa çalışırlar.
İranlı sərhədsiz həkim Dr.Söhrabi deyir: "Düşünürəm ki, bu qədər zülmə məruz qalmış bir xalqa kömək etmək vacibdir və imkanı olan hər bir kəs bunu etməlidir."
Fələstinli xəstələr isə, iranlı həkimlərin məharətindən danışırlar.
Bir başqa fələstinli qadın isə iranlı həkimlərə öz təşəkkürünü bu sözlərlə ifadə edir: "Onlar kimisi yoxdur, Allah köməkləri olsun."
Dediklərinə görə, ötən illər ərzində Fələstin xalqına kömək əli uzadan sadəcə İran İslam Respublikası olub.
İranlı həkimlərin xidmətlərini yüksək qiymətləndirən bir başqa fələstinli qaçqın isə deyir: "Hələ uşaqlıqdan xatirimdədir, bizə sadəcə iranlılar yardım edərdilər. Onlardan yaxşılıqdan başqa bir şey görməmişik."
Burda dil fərqi həkim və xəstə arasında çətinlik yaratmır və həkim öz xəstəsi ilə mehribanlıq dili ilə danışır.
İranlı sərhədsiz həkim Dr.Stude isə fələstinli xəstələr arasında daha çox göz və qarın nahiyəsi üzrə cərrahiyyə əməliyyatlarına ehtiyacın olduğunu deyir: "Göz və qarın cərrahiyyə əməliyyatları bizim üçün çox önəmlidir."
Fələstinli uşaqlar hələ onlara, ölkələrinə necə bir zülm edildiyini dərk edə bilmirlər. Amma, ağrı və acını hiss edir. Köməyinə çatan isə mehriban İran həkimidir.