Avq 30, 2017 10:44 Asia/Baku
  • Tələfərin ətrafında İŞİD ünsürləri təslim olublar
    Tələfərin ətrafında İŞİD ünsürləri təslim olublar

Tələfər şəhərinin yaxınlığında onlarla terrorçu İŞİD ünsürü İraqın kürd peşmərgələrinə təslim olublar.

Rusiya Əl-Yəum telekanalının bildirdiyinə görə, ailələri ilə bərabər Əl-Əyaziyyə bölgəsindən köçmüş terrorçu İŞİD ünsürləri Səhlül-Mahal bölgəsində kürdlərə təslim olublar. 

Həmin məlumatda İraq Kürdüstanı peşmərgələrinin Tələfərdən qaçan 230 İŞİD terrorçusunu öldürdükləri deyilir. 

İraq Kürdüstanının peşmərgə qüvvələrinin baş qərargahı dünən bildirib ki, bu qüvvələr Tələfər, Afkəni, Əl-Əyaziyyə bölgələrində İŞİD ünsürləri ilə mübarizə aparırlar və terrorçular bu bölgələrdə məğlubiyyətdən sonra Suriya ərazilərinə qaçmağa cəhd göstərdilər. 

İraq ordusu və xalq səfərbər qüvvələri artıq Tələfərin şimalında yerləşən Əl-Əyaziyyə şəhərinin yaxınlıqlarına çatıb və indiyədək bölgənin 6 kəndi İŞİD-in işğalından azad edilib. 

Tələfər əməliyyatı 2017-ci il 20 avqustda başlanıldı və bu əməliyyatda bu şəhərin əsas hissələri tamamiylə azad edilmişdir. 

Teqlər