Tələfər qələbəsi xalq səfərbər qüvvələrinin iştirakı ilə mümkün oldu
-
Tələfər qələbəsi xalq səfərbər qüvvələrinin iştirakı ilə mümkün oldu
İraqın Əhlül-Həqq batalyonlarının baş katibi deyib: Tələfərin azad edilməsi əməliyyatının sürətlə qələbə çalması xalq səfərbər qüvvələrinin əməliyyatda iştirakının nəticəsidir.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Şeyx Feyz Əl-Xəzəli bu telekanala verdiyi müsahibədə deyib: Bütün dünyaya mesajımız budur ki, Tələfər qələbəsi İraqın qələbəsidir və bütün iraqlılar öz dəstəyi və mövqeyi ilə bu qələbədə iştirak etmişdir, İraqın bütün silahlı bölmələri o sıradan da xalq səfərbər qüvvələri bu əməliyyatda iştirak etdi.
Əl-Xəzəli deyib: Keçmişdə deyirdik və əməldə isbat etdik ki, xalq səfərbər qüvvələri İraqın digər silahlı bölmələrinin kənarında olarsa sürətli qələbə hasil olacaq, ona görə ki, düşməndə qorxu hissləri yaradır. Bu qələbə minimum insan tələfatı ilə və şəhərin infrasturukturunun qorunub-saxlanılması ilə əldə olundu.