Bəşar Əsəd: Suriya və İran ayıq olmalıdırlar
Suriya prezidenti Bəşar Əsəd Dəməşqdə İran İslam Respublikası xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Cabiri Ənsari ilə görüşündə Suriya və İranın hazırkı durumda ayıq-sayıq olmalarının vacibliyini vurğulayıb.
Bəşar Əsəd Cabiri Ənsari ilə görşündə İran İslam Respublikası dövləti, xalqı və rəhbərliyinin terrorizm ilə mübarizə sahəsində Suriyaya dəstəyini yüksək qiymətləndirib.
Görüşdə Cabiri Ənsari də İİR-in Suriya ilə əlaqədar regional və beynəlxalq tərəflərlə diplomatik fəaliyyətləri prossesi barədə məlumat verərək iki tərəf arasında davamlı və yaxın müzakirələrin vacibliyini vurğulayıb.
Cabiri Ənsari və Bəşar Əsəd son siyasi və hərbi durumu araşdıraraq Suriya böhranının həlli xüsusiylə Astana müzakirələri çərçivəsində gedən müzakirələr barədə fikir mübadiləsi aparıblar.
Cabiri Ənsari Suriya rəsmiləri ilə görüş məqsədi ilə Dəməşqə səfər edib və bu gün Suriyanın xarici işlər naziri Vəlif Müəllim ilə də görüşüb.