Yəmən ordusu Əbudəbiyə raket hücumu həyata keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281160-yəmən_ordusu_Əbudəbiyə_raket_hücumu_həyata_keçirib
Xəbər mənbələri Yəmən ordusu və xalq qüvvələrinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbudəbiyə raket hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2017 16:35 Asia/Baku
  • Yəmən ordusu Əbudəbiyə raket hücumu həyata keçirib
    Yəmən ordusu Əbudəbiyə raket hücumu həyata keçirib

Xəbər mənbələri Yəmən ordusu və xalq qüvvələrinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbudəbiyə raket hücumundan xəbər veriblər.

Yəmənin Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəməndə bir hərbi mənbə bu gün bildirib ki, Yəmən  ordusunun raket bölməsi Səudiyyə Ərəbistanı muzdlularının hücumlarına cavab olaraq BƏƏ paytaxtı Əbudəbini bir ədəd ballestik raketlə hədəfə alıb. 

Yəməndə bir hərbi rəsmi deyib: Bu raket nəzərdə tutulan hədəfi tam dəqiqliklə vurub. Hələlik bu raket hücumunun təfərrüatı barədə məlumat yoxdur. 

Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə qarşı son hücumlarında isə 5 mülki həlak olub. Səudiyyə qırıcıları Sənanın yaxınlığında Əl-Məsacid bölgəsində neft daşıyan yük maşınını hədəfə alıblar. Bu hücumda bir neçə nəfər yaralanıb. Səudiyyə hərbi təyyarələri həmçinin Sədə vilayətində Əzzahir və Əşşühəda rayonlarını 9 dəfə bombalayıblar. 

Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanı və bir neçə ərəb ölkəsi ilə birlikdə 18 aydır ki, Yəmənə qarşı geniş hücumlar həyata keçirirlər.