Yəmənli uşaqların acı taleyi
BMT və dünya ictimaiyyətinin sükutları altında Ali-Səud rejimi Yəməndə uşaqları qırmaqda davam edir.
5 yaşlı Qüseynə Ərəbistan qırıcılarının Yəmənin paytaxtı Sənanın cənubunda, Əl-Əttan məhəlləsini bombardman etdikləri zamanı qırğın edilən ailənin həyatda qalan son üzvüdür. Ağır xəsarət alması yanaşı ruhi baxımdan da ciddi sarsıntı keçirmiş Qüseynə ata-anası və 5 bacı-qardaşının necə həlak olması barədə deyir: “Bacı və qardaşlarım getdilər. Cənnətə getdilər. Mənim də üzüm yaralanıb. Bunu raketlər elədi.”
Əl-Əttan məhəlləsində törədilən cinayətin dərinliyini bu məsum uşağın üzündəki yara izlərindən dərk etmək mümkündür. Qüseynə taleyinin necə olacağından xəbərsizdir. Heç şübhəsiz aldığı ruhi sarsıntı hələ uzun illər onu rahat buraxmayacaq.
Hazırda xəstəxanada Qüseynənin yanında qalan qohumlarından biri deyir: "Hələ necə bir faciəyə düçar olduğunu düzgün dərk edə bilmir. Ruhi baxımdan bəzən normal, bəzən isə çox səssisz olur. Bu cinayəti törədənlər cəzasız qalmamalıdırlar."
Bu uşaq, hətta, uşaqlara belə rəhm etməyən amansız bir müharibənin qurbanı olub. YUNİSEF-in Sənadakı nümayəndəsi son zamanlar bildirib ki, sadəcə ötən 2 ayda 400 yəmənli uşaq qırğın edilib.
Ərəbistanın hava bombardmanları zamanı yaralanmış uşağını xəstəxanaya gətirən bir yəmənli ata isə deyir: "BMT və dünya ictimaiyyətindən istəyirik ki, yəmənli uşaqlara rəhm etsinlər. Görəsən bu amansız müharibədə ölən və yaralanan onların uşaqları olsaydı, o zaman da sükut edərdilər?"