BMT Suriyada mülkilərin tələfatının artmasından nigarandır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281222-bmt_suriyada_mülkilərin_tələfatının_artmasından_nigarandır
BMT-nin İnsan Haqları Komissiyasının Suriya məsələləri üzrə koordinatoru Amerika koalisiyasının Suriyanın Rəqqə şəhərinə qarşı hava hücumlarında baş verən mülkilərin tələfatından nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2017 08:12 Asia/Baku
  • BMT Suriyada mülkilərin tələfatının artmasından nigarandır

BMT-nin İnsan Haqları Komissiyasının Suriya məsələləri üzrə koordinatoru Amerika koalisiyasının Suriyanın Rəqqə şəhərinə qarşı hava hücumlarında baş verən mülkilərin tələfatından nigarançılıq edib.

Matias Benke dünən Cenevrədə deyib: Rəqqədə koalisiyanın və digər anti-İŞİD qüvvələrin hücumlarının şahidiyik, amma bu hücumlar indiyədək onlarla sivilin həyatını itirməsinə bais olubdur.

BMT-nin bu rəsmisi söyləyib: Amerikanın başçılıq etdiyi koalisiyanın Rəqqə məntəqəsindəki hücumları nəticəsində təqribən 151 nəfərin öldürülməsi barədə sənədlərə malikik, amma həlak olanların real sayı bundan qat-qat çoxdur.

Suriyalı mənbələrin bildirdiklərinə görə, sözdə anti-İŞİD koalisiya qüvvələrinin ötən üç ildə bu ölkənin müxtəlif məntəqələrindəki hücumlarında mindən çox sivil həyatını itiribdir.