Ali-Xəlifə yenə Bəhreyndə cümə namazının qılınmasına mane olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281249-ali_xəlifə_yenə_bəhreyndə_cümə_namazının_qılınmasına_mane_olub
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri yenə də Manamanın mühasirədə olan Əlduraz məntəqəsində cümə namazının qılınmasına mane olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2017 14:52 Asia/Baku
  • Ali-Xəlifə yenə Bəhreyndə cümə namazının qılınmasına mane olub

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri yenə də Manamanın mühasirədə olan Əlduraz məntəqəsində cümə namazının qılınmasına mane olublar.

Bəhreyn təhlükəsizlik qüvvələrinin imamcümənin cümə namazını qılmaq üçün Manamanın Əlduraz məntəqəsinə daxil olmasına mane olmalarının ardınca bu məntəqənin sakinləri bir daha öz namazlarını fərdi şəkildə İmam Sadiq(ə) məscidində qılmağa məcbur olublar.

Bəhreyndə 14 fevral şəbəkəsi xəbər verib: Bir qrup Bəhreyn vətəndaşı cümə axşamı günü gecə Manamanın Əlduraz məntəqəsinin müxtəlif məhəllələrində inqilabçı hərəkətlərin davam etməsinə israr və Ali-Xəlifə rejiminin siyasətlərinə etiraz olaraq dinc aksiya keçiribdir ki, Bəhreynin təhlükəsizlik qüvvələri aksiyaçılara divan tutmağa başlayıblar.