Bəşşar Əsəd Deyrəzzurun mühasirəsinin yarılmasını alqışladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281424-bəşşar_Əsəd_deyrəzzurun_mühasirəsinin_yarılmasını_alqışladı
Suriya prezidenti Deyrəzzurun mühasirəsinin yarılmasının ardınca bu ölkə ordusu və silahlı qüvvələrini alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2017 16:27 Asia/Baku
  • Bəşşar Əsəd Deyrəzzurun mühasirəsinin yarılmasını alqışladı
    Bəşşar Əsəd Deyrəzzurun mühasirəsinin yarılmasını alqışladı

Suriya prezidenti Deyrəzzurun mühasirəsinin yarılmasının ardınca bu ölkə ordusu və silahlı qüvvələrini alqışlayıb.

Əl-Minar informasiya kanalının verdiyi məlumata görə, Bəşşar Əsəd çərşənbə axşamı Deyrəzzurun Təhülkəsizlik Komitəsinin sədri Rəfiq Şəhadə , 17-ci dviziyanın komandanı Həsən Məhəmməd və 104-cü batalyonun komandanı İsam Zəhrəddin ilə telefon əlaqəsi saxlayaraq, Deyrəzzurun mühasirəsinin yarılması münasibəti ilə silahlı qüvvələri təbrik edib. 

Əsəd Deyrəzzurdakı silahlı qüvvələrə xitabən deyib: Siz terrorçular qarşısındakı müqavimətiniz ilə əhd və peymana sadiq olduğunuzu sübut etdiniz və gələcək nəsillər üçün ən yaxşı nümunə olduğunuzu göstərdiniz. Tarix sizi unutmayacaq.