Yəmənə qarşı müharibəyə etiraz edən bəhreynlilər həbs edilir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281635-yəmənə_qarşı_müharibəyə_etiraz_edən_bəhreynlilər_həbs_edilir
Bir qrup bəhreynli Ali-Səud rejiminin Yəmənə qarşı cinayətlərinə etiraz etdiyinə görə Ali-Xəlifə rejimi tərəfindən həbs edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2017 05:52 Asia/Baku
  • Yəmənə qarşı müharibəyə etiraz edən bəhreynlilər həbs edilir

Bir qrup bəhreynli Ali-Səud rejiminin Yəmənə qarşı cinayətlərinə etiraz etdiyinə görə Ali-Xəlifə rejimi tərəfindən həbs edilib.

Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin daxili işlər naziri bildirib: Yayılan video əsasında Yəmənə qarşı müharibənin əleyhinə aksiyada iştirak edənlərin kimliyi müəyyənləşdirilib və onlardan bir neçəsi həbs edilib. 

Bəhreynin Daxili İşlər Nazirliyi aksiyanın digər iştirakçılarının da axtarışda olduqlarını bildirib. 

Son vaxtlar Ali-Xəlifə rejiminin məhkəmələrindən biri də Yəmənə qarşı müharibənin əleyhinə olan 5 bəhreynliyə həbs hökmü vermişdi.