Sen 08, 2017 12:50 Asia/Baku
  • Qırmızı Xaç Komitəsi: Qəzzənin sakinləri ümidlərini itiriblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri cümə axşamı xəbərdarlıq edib ki, Qəzzə zolağının sakinləri regiondakı fəlakətli vəziyyətə görə, öz ümidlərini itiriblər.

Peter Maurer Qərb sahilinə, Qəzzə zolağına və 1948-ci ildə işğal edilmiş ərazilərə etdiyi üç günlük səfərinin sonunda Qəzzədəki həyat şəraitinin günbəgün pisləşdiyini söyləyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Qəzzə sakinlərinin gündə üç-dörd saat elektrik enerjisindən istifadə etdiklərini vurğulayaraq, elektrik çatışmazlığının Qəzzə zolağının tibbi və sanitariya xidmətlərinə dağıdıcı və fəlakətli təsir göstərdiyinə diqqət çəkib.

Qəzzədəki elektrik böhranı aprel ayında yanacağın bitməsi üzündən elektrik stansiyasının bağlanmasından və işğal olunmuş Fələstindən göndərilən elektrik enerjisinin azalmasından bəri şiddətlənibdir.

Teqlər