Sen 09, 2017 11:13 Asia/Baku
  • Yüzlərlə suriyalı ailə Hələbdəki evlərinə geri dönüb
    Yüzlərlə suriyalı ailə Hələbdəki evlərinə geri dönüb

Rusiyanın Müdafiə Nazirliyi cümə günü yaydığı bəyanatda 348 suriyalı ailənin (1620 nəfər) Suriyanın Hələb vilayətində, terrorçuların işğalından azad edilmiş Məskənə şəhərindəki evlərinə qayıtmalarından xəbər verib.

İRİB-nin verdiyi məlumata əsasən Rusiya Müdafiə Nazirliyinin bəyanatında didərginlərin evlərinə qayıtmaları və məktəblərin yeni təhsil ilinə hazırlanması istiqamətində Suriya hökuməti ilə əməkdaşlıqların davam edəcəyi vurğulanıb. 

Suriya ordusu və müttəfiq qüvvələr ötən aylar ərzində yüzlərlə şəhər, kənd və qəsəbəni Hələb vilayətində terrorçuların işğalından azad edib. 

Suriya böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və İsrail tərəfindən himayə edilən terrorçuların bu ölkəyə axın etməsi ilə başlandı. Suriya ordusu isə müqavimət cəbhəsinin dəstəyi ilə terrorçuların hücumları qarşısında dayanaraq, onlara ağır zərbələr endirməyi bacarıb. 

Teqlər