Sen 14, 2017 15:48 Asia/Baku
  • Suriya ordusu Deyruz-Zurda irəliləyir

Suriya ordusu və müqavimət qüvvələri Deyruz-zurda əl-Bəğilə bölgəsi yaxınlığında əl-Cəzirə Universiteti, əl-Məğzələ yüksəklikləri, tələbələrin yataqxanası və əl-Rəvad məktəbini terrorçuların işğalından azad ediblər.

Suriyanın rəsmi informasiya agentliyi SANA-nın məlumatına görə, Suriya ordusu həmçinin cümə axşamı günü Deyruz-Zurda irəliləyişlərinin davamında bu şəhərin şimalında Əyyaş bölgəsinə daxil olub.

Suriya ordusunun irəliləmələri ilə, İŞİD terror qruplaşması terrorçu ünsürlərin qaçması və onların Suriya ordu qüvvələrinə təslim olmasının qarşısını almaq məqsədilə Deyruz-Zur şəhərinin cənubunda Əbu Hərdub qəsəbəsi və əl-Təyyanə kəndində yoxlama-keçid məntəqələrinin sayını artırıb.

Ötən həftə İŞİD Deyruz-Zur vilayətinin müxtəlif bölgələrindən qaçan 27 üzvünü həbs və edam edib.

Teqlər