Nasiriyyə terror aktında şəhid və yaralıların sayı artıb
İran İslam Respublikasının Bəsrədəki baş konsulu İraqın Zi Qar vilayətinin mərkəzi olan Nasiriyyə şəhərinin qərbində cümə axşamı günü törədilən terror aktında 10 iranlının şəhid olduğunu və on nəfərin də yaralandığını bildirib.
İŞİD terror qruplaşmasının üzvləri cümə axşamı günü Zi Qar vilayətinin mərkəzi olan Nasiriyyə şəhəri yaxınlığında yoxlama-keçid məntəqəsi və Fədək restoranına hücum edib və eyni zamanda bomba quraşdırılmış avtomobili partladıblar. Bu terror aktında azı 50 nəfər həlak olub, 90 nəfər də yaralanıb.
İran İslam Respublikasının Bəsrədəki baş konsulu Əhməd Siyahpuş cümə günü İRNA-ya müsahibəsində deyib: İndiyə qədər on iranlı şəhidin kimliyi müəyyənləşib və bir neçə şəhid də yandığına görə hələlik müəyyənləşməyib.
İranın Bəsrədəki baş konsulu əlavə edib: Bu terror aktında şəhid olanlar və yaralananlar quru keçidi vasitəsi ilə İrana köçürülməkdədir.