İraq Federal Məhkəməsi Kürdüstanda referendumun dayandırılmasına hökm verib
İraq Ali Federal Məhkəməsi Kurdustan bölgəsində İraqdan ayrılmaq üçün keçiriləcək referendumun dayandırılmasına dayir hökm çıxarıb.
İSNA-nın verdiyi məlumata görə, İraq Ali Federal Məhkəməsi bu gün bildirib: İraq Kürdüstanında referendumun keçirilməsi İraq konstitusiyasına ziddir.
İraq Ali Federal Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Əyas Samuk deyib: İraq Ali Federal Məhkəməsi özünün bu gün bütün üzvlərin iştirakı ilə keçirdiyi iclasında Kürdüstan bölgəsində referendumun keçirilməsinin dayandırılmasına dayir təqdim olunmuş tələbə baxıb.
İraq Kürdüstanının başçısı Məsud Barizani bu gögənin İraqdan ayrılması üçün sentyabrın 25-də referendum keçirilməsinə israrlıdır və bu İraq dövləti, müxtəlif iraqlı qruplar, regional dövlətlər və dünya ölkələrinin qəti reaksiyasına səbəb olub.