Sionist qəsəbə sakinləri Əl-Əqsa məscidinə təcavüz ediblər
Sen 20, 2017 16:31 Asia/Baku
100-dən çox sionist qəsəbə sakini Əl-Əqsa məscidinə hörmətsizlik edib.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, 131 sionist qəsəbə sakini bu gün Babül-Müğaribə qapısı istiqamətindən Əl-Əqsa məscidinə daxil olaraq, məscidin müxtəlif bölmələrinə soxulublar. Əl-Əqsa məscidinə qarşı bu hörmətsizlik İsrail ordusu və polisinin nəzarəti və dəstəyi ilə baş tutub.
İşğalçı sionist qəsəbə sakinlərinin Əl-Əqsa məscidinə soxulmaları məsciddə namaz qılmaqla məşğul olan müsəlmanların onlara etirazı ilə nəticələnib.
Bazar ertəsi günü də 70 sionist qəsəbə sakini Əl-Əqsa məscidinə hörmətsizlik etmişdi.