Sen 22, 2017 12:42 Asia/Baku
  • Ali-Xəlifə rejiminin cinayətləri və Dünya İctimaiyyətinin sükutu

İtaliyalı jurnalist deyir: Bəhreyn xalqı öz haqları uğrunda Ali-Xəlifə rejimi ilə mübarizə aparır.

2010-2015-ci illərdə Bəhreyndə yaşamış İtaliyan jurnalist və  yazar Adriana Fara Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı etirazlarının səbəblərinə aydınlıq gətirərkən, İnsanların və müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin həbs edilməsinin şahidi olduğunu və özünün də 6 ay zindanda saxlanıldığını deyib. 

İranın Teleradio Təşkilatının sərhədaşırı yayım xidmətinin İtaliyan radiosuna verdiyi müsahibədə bu məqama toxunan xanım Fara deyir: Bəhreyn strateji bir məntəqədə yerləşən çox önəmli bir ölkədir və Qərb ölkələri bu ölkədə yaşananlardan xəbərsizdirlər. 

Bu italiyan jurnalist daha sonra Bəhreyn xalqının öz dini, milli və mənəvi dəyərlərini qorumaq üçün mübarizə apardığını deyərək, əlavə edib: Dünya Fars körfəzinin zəngin mədəniyyəti və xalqların istismardan və zülmdən xilas olmaq üçün apardığı mübarizəsi ilə tanış olmalıdır. 

Teqlər