İraqlı qüvvələr Şərqat məntəqəsinin mərkəzinə çatıblar
Sen 22, 2017 19:51 Asia/Baku
İraq ordusu və könüllü xalq qüvvələri cümə günü ölkənin şimalında yerləşən Şərqat məntəqəsinin mərkəzinə qədər irəliləyiblər.
Şərqat məntəqəsi Huveycənin 30 km cənub-qərbində yerləşir və hazırda İraq ordusunun əsas hədəfi sayılır. Huveycə 2014-cü ildən İŞİD terrorçularının işğalı altındadır.
İraqlı qüvvələr bu gün cümə Şərqat məntəqəsinə daxil olduqdan sonra, İŞİD-in bayrağını endirib, yerinə İraq bayrağını dalğalandırıblar.