Sen 23, 2017 16:29 Asia/Baku
  • Sionist rejim bayrağı İraq Kürdüstanında referendum himayədarlarının əllərində
    Sionist rejim bayrağı İraq Kürdüstanında referendum himayədarlarının əllərində

Kürdlər dünən İraq Kürdüstanında referendumun keçirilməsinə dəstək istiqamətində Ərbildə keçirdikləri aksiyalarında sionist rejim və ABŞ bayraqlarını əllərində tutmaqla bir daha İsrail rejiminin bu referendumun keçirilməsini himayə etdiyini təsdiq etdilər.

İlk dəfə deyildir ki, İraq kürdləri sionist rejim bayrağını əllərində tuturlar. Ötən həftə də kürdlər İraqın şimalında sionist rejim bayrağını əllərində tutmuşdular.

İraqın "Kulluləxbar" qəzeti də bir təhlildə yazıb: İsrail rejiminin İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendumun keçirilməsini himayə etməsi bir kəsə garanlıq deyil və bu məntəqənin başçısı Məsud Barizaninin referendumun keçirilməsinə israr etməsi də "öz başına güllə çaxmaq" deməkdir.

Bundan öncə sionist rejimin ədliyyə naziri İlit Şakid demişdi ki, İraq Kürdüstanı məntəqəsinin ayrılması İsrail rejiminin və Qərbin xeyrinə ola bilər.

İraqın şimal məntəqələri sakinlərinin bu ölkənin Kürdüstan məntəqəsinin ayrılması ilə bağlı referendumun keçirilməsinə qarşı geniş etirazlarının artmasına rəğmən, bu məntəqənin başçısı Məsud Barizani dünən bir daha bu referendumun sentyabrın 25-də keçirilməsini vurğulayıbdır.

Teqlər