Adil əl-Cübeyrin İran İslam Respublikası əleyhinə gülünc açıqlaması
-
Adil əl-Cübeyrin İran İslam Respublikası əleyhinə gülünc açıqlaması
Səudiyyə Ərəbistanı xarici işlər naziri gülünc açıqlamada Ər-Riyadın Yəməndə diplomatik danışıqları dəstəklədiyini bildirərək iddia edib ki, İran Yəmən Ənsarullahı Hərəkatını dəstəkləməklə bölgədə de-stabilliyə səbəb olub.
Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyr şənbə günü BMT Baş Assambleyasının sessiyasında ABŞ prezidenti və sionist rejim baş naziri ilə eyni istiqamətdə çıxış edərək regionda terrorizmlə mübarizədə əsas qütblərdən biri olan İran İslam Respublikasını terrorizmi dəstəkləməkdə suçlayıb.
Səudiyyə Ərəbistanı xarici işlər nazirinin bu açıqlaması ilə yanaşı qeyd edək ki, Yəmən ötən iki ildə ABŞ və İsrailin hərtərəfli dəstəkləri ilə Ərəbistanın dəhşətli hücumlarına məruz qalmışdır.
Digər tərəfdən ABŞ, Səudiyyə Ərəbistanı və İsrail rejiminin dəstəklədiyi terrorçular İraq və Suriyada son aylarda müqavimət qüvvələrindən ağır zərbələr alıb və məhvə doğru sürüklənməkdədirlər.