Sen 24, 2017 17:30 Asia/Baku
  • Taliban Kabil terraktının məsuliyyətini üzərinə götürdü
    Taliban Kabil terraktının məsuliyyətini üzərinə götürdü

Taliban qruplaşması Əfqanıstan paytaxtı Kabilin qərbində bazar günü törədilən partlayışın məsuliyyətini üzərinə götürüb.

İRİB-in məlumatına görə, Talibanın sözçüsü Zəbihulla Mücahid bildirib: Bu qrupun bir üzvü bazar günü səhər Kabilin qərbində xarici hərbçilərin karvanının hərəkət etdiyi istiqamətdə bomba partladıb. Nəticədə 15 amerikalı hərbçi ölüb və onların üç tankı məhv olub. 

Amma Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daneş bildirib: Xarici hərbçilərin karvanı bu gün Kabil şəhərinin qərbində partlayışa məruz qalıb və bu aktda üç sivil yaralanıb. 

Teqlər