Əl-İbadi: İraq bütün vətəndaşları üçün ölkə olaraq qalacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283511-Əl_İbadi_İraq_bütün_vətəndaşları_üçün_ölkə_olaraq_qalacaq
İraq baş naziri Heydər əl-İbadi referendumun İraqı parçalamaq üçün cəhd olduğunu bildirərək deyib: İraq bütün vətəndaşları üçün ölkə olaraq qalacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2017 18:03 Asia/Baku
  • Əl-İbadi: İraq bütün vətəndaşları üçün ölkə olaraq qalacaq

İraq baş naziri Heydər əl-İbadi referendumun İraqı parçalamaq üçün cəhd olduğunu bildirərək deyib: İraq bütün vətəndaşları üçün ölkə olaraq qalacaq.

İRİB-in məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi bazar günü keçirdiyi mətbuat konfransında deyib: Birtərəfli referendumun keçirilməsi İraq Konstitusiyasının pozulmasıdır və hökumət İraqın birliyinə dəstək üzrə addımlarını atacaq. Kürd muxtariyyətində referendumu rəsmən tanımayacaq və onunla barışmayacaq.