Nuri Maliki: Referendum İran xalqının milli birliyinə savaş elanıdır
-
Nuri Maliki
İraq prezidentinin müavini İraq Kürdüstanında separatçı referendumun keçirilməsini İraqın milli birliyinə qarşı savaş elanı adlandırıb və deyib: Bu referendumun mənfi nəticələrinə görə İraq Kürdüstanına başçılıq edən Məsud Barzani məsuliyyət daşıyır.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Nuri Maliki bazar ertəsi günü deyib: Hamı İraq Kürdüstanında separatçı referendumun keçirilməsinin qeyri-qanuni olduğunu vurğulayır. Çünki, bu referendumun İraqın milli birliyini hədəfə aldığı tam aydındır və İraqın gələcəyi üçün çox təhlükəli nəticələrə səbəb olacaq.
İraq prezidentinin müavini İraq Kürdüstanında referenduma dəvət edənlərin ciddi formada boykot edilməsini və bu məntəqənin siyasi, iqtisadi və təhlükəsizlik baxımından sanksiyalara məruz edilməsini istəyib və bu məntəqənin regional və beynəlxalq nüfuz və fitnə məntəqəsinə çevrilməsi barədə xəbərdarlıq edib.
Maliki İraq ərəbləri, kürdləri və türkmənlərindən İsrailin dəstəklədiyi separatçılıq planlarını zərərsizləşdirmələrini istəyib.
İraq Kürdüstanında separatçı referendum bu gün keçirildi.