Məhərrəm günlərində Bəhreynin Ədduraz bölgəsinin mühasirəsi gücləndirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283661-məhərrəm_günlərində_bəhreynin_Ədduraz_bölgəsinin_mühasirəsi_gücləndirilib
Bəhreynli qaynaqlar Ədduraz bölgəsinin mühasirəsinin gücləndirilməsindən və paytaxtda Hüseyn(ə) aşurası simvollar və atributlarına hücumlardan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2017 13:04 Asia/Baku
  • Məhərrəm günlərində Bəhreynin Ədduraz bölgəsinin mühasirəsi gücləndirilib
    Məhərrəm günlərində Bəhreynin Ədduraz bölgəsinin mühasirəsi gücləndirilib

Bəhreynli qaynaqlar Ədduraz bölgəsinin mühasirəsinin gücləndirilməsindən və paytaxtda Hüseyn(ə) aşurası simvollar və atributlarına hücumlardan xəbər veriblər.

İSNA-nın verdiyi məlumata görə, Əllölö portalı bildirib ki, Ədduraz bölgəsinin girişində yoxlama-buraxılış məntəqələri yaratmış Bəhreyn hərbçiləri bu ərazinin mühasirəsini gücləndiriblər və ətraf məhəllələrdədə fəaliyyətlərini genişləndiriblər. 

Ali-Xəlifə hərbçiləri Əba Abdullah Əl-Hüseyn(ə) matəm günləri gəlib çatdıqda Bəhreynin bəzi bölgələrində aşura simvollarına hücum ediblər və əzadarlarla toqquşublar. 

Ədduraz məntəqəsinin geniş mühasirədə olmasına rəğmən bu bölgə əhalisi divarlara aşura hadisəsi ilə əlaqədar plakatlar eləcə də Şeyx İsa Qasim kimi dini təqlid mərcələrinin fotolarını taxıblar.