Sen 28, 2017 13:51 Asia/Baku
  • Səd Əl-Hədəsi
    Səd Əl-Hədəsi

İraq dövlətinin sözçüsü deyib: Rəsmi Bağdad Kürdüstan bölgəsinin başçıları ilə İraqdan ayrılmaq üzrə referendum barədə heç bir müzakirə aparmır.

İRİB-in verdiyi məlumata görə, İraq dövlətinin sözçüsü Səd Əl-Hədəsi, Əl-Hədəs telekanalına müsahibəsində deyib: İraq dövləti heçvaxt öz mövqeyindən geri oturmayacaq və İraq Kürdüstanı mərkəzi hökumətin əmrlərinə tabe olmalıdır.

Əl-Hədəsi deyib: İraqın Kürdüstan bölgəsi İraqın milli hakimiyyətinin bir hissəsidir. Bu bölgədə referendum koordinasiya edilmədən və konstitusiya çərçivəsindən kənar şəkildə keçirilib və mərkəzi hökumət konstitusiyaya, konstitusiya məhkəməsinin rəyinə və parlamentin qərarlarına əsasən Kürdüstan bölgəsinə qarşı lazımı tədbirləri həyata keçirməlidir.

Əl-Hədəsi deyib: Hökumət bütün iraqlıların o sıradan Kürdüstan bölgəsi əhalisinin sağlamlığının mühafizəsində israrlıdır və İraq cəmiyyətində müxtəlif qruplar arasında daxili qarşıdurmaya zəmin yaranmasını istəmir, məhz buna görə də, hüquqi, siyasi, iqtisadi və ticarət sahələrində müxtəlif seçimlər var ki, tədrici olaraq onları seçəcək.

İraq dövləti və beynəlxalq ictimaiyyətin İraq Kürdüstanında referenduma qarşı mövqelərinə rəğmən bu bölgənin başçısı Məsud Barizani sentyabrın 25-də referendumu keçirdi.

Teqlər