Yəməndə vəbanın yayılması onun tarixdəki ən pis formasıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283883-yəməndə_vəbanın_yayılması_onun_tarixdəki_ən_pis_formasıdır
Yoxsulluq, aclıq və ədalətsizliyin kökünün kəsilməsi üzrə beynəlxalq yardım fondu- Oksfam(Oxfam) dünən Yəməndə vəbanın yayılmasını onun tarixdəki ən pis forması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2017 07:13 Asia/Baku
  • Yəməndə vəbanın yayılması onun tarixdəki ən pis formasıdır
    Yəməndə vəbanın yayılması onun tarixdəki ən pis formasıdır

Yoxsulluq, aclıq və ədalətsizliyin kökünün kəsilməsi üzrə beynəlxalq yardım fondu- Oksfam(Oxfam) dünən Yəməndə vəbanın yayılmasını onun tarixdəki ən pis forması adlandırıb.

Oksfam indiyədək 770 min yəmənlinin vəbaya tutulduğunu qeyd edərək, bildirib ki, hazırkı gedişatın davam etməsilə Yəməndə bu xəstəliyə tutulanların sayı noyabr ayınadək bir milyon nəfərə çatacaqdır.

BMT-nin Uşaq Fondu (UNICEF) son zamanlar bildirib ki, Yəməndə bu xəstəlikdən əziyyət çəkənlərin yarısından çoxunu uşaqlar təşkil edirlər.

Ərəbistanın Yəmənə qarşı hücumları və bu ölkənin infrastruktur təsisatlarının, xüsusən su təchizatı şəbəkəsinin dağılmasının davam etməsilə vəba xəstəliyi Yəməndə sürətlə yayılmaqdadır.

Ərəbistanın Yəmənə qarşı təcavüzü 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin də didərgin düşməsilə nəticələnibdir.